Avropanın ən güclüsü – “Atletiko”

Bu gün UEFA Super Kubokun qalibi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, Avropanın ən güclüsünün müəyyənləşdiyi görüşdə İspaniya duellosu baş tutub.

Həlledici görüşdə Madridin “Real” və “Atletiko” komandaları üz-üzə gəlib.

Estoniyanın paytaxtı Tallində baş tutacaq qarşılaşmada qapılara bütövlükdə 6 qol vurulub. Sonda isə qələbəni “Atletiko” bayram edib.

15 avqust

UEFA Super Kuboku

23:00. “Real Madrid” (İspaniya) – “Atletiko” (İspaniya) 2:4
Qollar: Kərim Benzema, 27. Serxio Ramos, 63-pen – Dieqo Kosta, 1; 79. Saul Niqes, 99. Koke, 104.

Baş hakim: Şimon Marçinyak (Polşa)
Estoniya. Tallin Lilleküla stadionu