!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropanın “sanksiya fırıldağı” ifşa oldu: Rusiyadan qaz almağa davam etmək üçün bu oyuna əl atdılar

!Reklam – Yazi

Almaniya və İtaliya Rusiya Federasiyasına qarşı sanksiyaları pozmadan Rusiya qazını almağa davam etmək üçün şirkətlərinə rublla hesablar açmağa icazə verib. Ölkələr bu məlumatı Avropa İttifaqı ilə danışıqlardan sonra açıqlayıblar.

“Reuters” agentliyi öz mənbələrinə istinadən bu barədə bildirib.

Məlumatda bildirilir ki, Rusiyanın xarici tədarükçülərin qaz pulunu rublla ödəməsi tələbi ətrafında debat Avropa hökumətlərinin Moskvaya qarşı sərt mövqe sərgiləmək əzmini sınağa çəkib. Finlandiya, Bolqarıstan və Polşa qazın pulunu rublla ödəməkdən imtina edib, buna görə də Rusiya bu ölkələrə qaz nəqlini dayandırılıb. Lakin heç də bütün dövlətlər Rusiya Federasiyasının qazından imtina etməyiblər.

“Reuters” agentliyinin iki mənbəyinin bildirdiyinə görə, Almaniya hökuməti Avropa Komissiyası ilə əlaqə saxladıqdan sonra alman idxalçılarına sanksiyaları pozmadan “Qazprombank”drublla hesab açmalarına yaşıl işıq yandırıb. Qeyd edək ki, bu metod pulları banka müxtəlif valyuta ilə yatırmağı, daha sonra həmin ödənən pulu rubla çevirməyi nəzərdə tutur.

“Mənbələr bildiriblər ki, regionda Rusiya qazının ən böyük idxalçısı olan Almaniya bu məsələdə ardıcıl olaraq Aİ ilə sıx koordinasiyada hərəkət edib”, – Reuters əlavə edib.

Nəşrin yazdığına görə, İtaliya hökuməti də Avropa Komissiyası ilə danışıqlar aparıb. Danışıqlarda Rusiya qazının qanuni yolla necə alınmasına aydınlıq gətirilib.

“Bu, İtaliyanın “Eni” enerji şirkətinin çərşənbə axşamı biri avroda, biri rublda olmaqla iki hesab açması proseduruna başladığını bildirməmişdən əvvəl baş verib”, – Reuters bildirib.

Ötən həftə İtaliyanın baş naziri Mario Draqi demişdi ki, qazın rublla ödənilməsinin qanuniliyi məsələsi “boz sahə”dir. O, ölkəsinin hələ də Rusiya valyutasında hesab aça biləcəyi barədə məlumatı şərh etməkdən imtina edib.

www.yenicag.az

1032
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv