!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropanın seks və orqan mafiyası üçün əvəzsiz kontingent: “Sabit və təhlükəsiz” Almaniyada 9 min suriyalı uşaq hara yoxa çıxıb?

!Reklam – Yazi

Suriyada 6 ildir davam edən vətəndaş müharibəsi nəticəsində bu ölkədən Avropaya üz tutan qaçqın ordusundakı yüz minlərlə uşaq müxtəlif mafiyaların qazanc mənbəyinə çevrilib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Avropa Şurasının nəzdindəki Lanzarote komitəsinin humanitar böhrandan zərər çəkmiş uşaqların cinsi istismardan müdafiə və himayə olunmalarına dair hesabatında dəhşətli faktlar öz əksini tapıb. Hesabatda qaçqın uşaqlar üçün ən böyük təhlükənin cinsi istismar olduğu vurğulanıb. Məlumata görə, Suriya və Yaxın Şərq ölkələrindən Avropaya gələn təqribən 337 min qaçqın uşağın 88 mini tam sahibsizdir; nə valideynləri, nə də doğmaları var. Hesabatın ən dəhşətli məqamı isə həmin himayəsiz uşaqların 60 faizinin Avropaya gəldikdən sonra itkin düşmələridir.

Məlumata görə, qaçqın uşaqların yoxa çıxmasında “rekord” göstərici “sabit və təhlükəsiz” Almaniyaya məxsusdur: nə az, nə çox – 9 min nəfər. Onların da əksəriyyəti 14-17 yaşlı yeniyetmələrdir. Həyat şərtlərinin qalmadığı Suriyadan canlarını götürüb Almaniyaya sığınan uşaqların bu “mədəni ölkə”də izsiz-xəbərsiz yoxa çıxmaları geniş ictimai qəzəb doğurub. Bu durumdan narahatlıqlarını ən kəskin şəkildə ifadə edən beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları vəziyyətə görə Almaniya hökumətindən izahat tələb etməkdədirlər. Federal hökumət isə Almaniyada itkin düşən suriyalı qaçqın uşaqların sayının rəsmən 8 min 991 nəfər olduğunu bildirməklə, əlavə şərh verməkdən yayınır. Almaniyada 9 min suriyalı uşağın itkin düşməsi sosial şəbəkələrin də əsas müzakirə mövzusu olub. “Twitter”də yaradılmış #WhereAre9000ChildrenGermany haştaqına yazan minlərlə istifadəçi Almaniyanın ünvanına ən sərt ifadələr işlədiblər.

Almaniyadan başqa, qaçqınların üz tutduqları digər Avropa ölkələrində – İtaliya, Fransa, Macarıstan, Yunanıstan və digər dövlətlərdə də çox sayda didərgin uşağın yoxa çıxmasına dair faktlar aşkarlanıb. Müqayisə üçün qeyd edək ki, Türkiyədə məskunlaşan 3,5 milyon Suriyalı qaçqının təqribən yarısını uşaqlar təşkil edir. Həmin uşaqların təhsil və təchizatı, o cümlədən təhlükəsizliyi dövlət tərəfindən ən yüksək səviyyədə təmin edilməkdədir. Ümumiyyətlə, Türkiyə son 5 ildə ölkəyə sığınmış suriyalı qaçqınlara kənardan hər hansə maddi dəstək olmadan 10 milyard dollar pul xərcləyib.

Bu məsələyə münasibət bildirən Türkiyənin Avropa İttifaqı (Aİ) üzrə dövlət naziri və baş müzakirəçi Ömer Çelik Almaniya kimi bir ölkədə 9 min qaçqın uşağın yoxa çıxmasının ciddi suallar doğurduğunu bildirib:
“Mədəni dünyanın ortasında 9 min uşaq itkin düşüb. Bu, necə ola bilər? Hər tərəfdə kameralar var, polis iş başındadır, ictimai nəzarət çox güclüdür – ancaq belə bir şəraitdə 9 min qaçqın uşaq qeyb olub. Onların aqibətindən xəbər yoxdur. O uşaqlar orqan, cinsi istismar və narkotik mafiyalarının əlinə keçirlər. Sonra da deyirlər ki, Avropada radikallığın güclənməsinin qarşısını necə alaq? Siz uşaqları bu qədər zülmlə üz-üzə buraxaraq, radikallaşma dalğasını zəiflədə bilməzsiniz. Dünya nəyə görə o yoxa çıxan uşaqlar üçün səsini çıxartmır?”

Türkiyəli nazirin qeyd etdiyi kimi, Avropa ölkələrində yoxa çıxmış qaçqın uşaqların müxtəlif profilli mafiyaların “xidməti personal”ına götürülmələri ən real ehtimaldır. Ümumiyyətlə, dünyada baş verən müharibə və silahlı toqquşmalar zamanı zərər çəkən, qaçqın düşən dinc əhali daim mafiyaların diqqət mərkəzində olub. Mafiyalar məhz bu kontingent hesabına öz sıralarını genişləndirərək, ucuz “işçi qüvvəsi” əldə edirlər. Həmin mafiyalar sırasında isə silah və narkotik, eyni zamanda insan (orqan) alveri ilə məşğul olan cinayətkar şəbəkələr qaçqınlarla “işləmək” məsələsində daha çox fəallıq göstərirlər. O baxımdan, 9 min qaçqın uşağın itkin düşməsinə heç bir izahat vermək istəməyən Almaniya hökumətinin yoxa çıxan azyaşlıların harada ola biləcəklərindən məlumatsız qalması mümkün deyil.

Bu cinayətkar fəaliyyətdə dövlət orqanlarının gizli iştirakını da nəzərə alsaq, onda hər şey aydındır…

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

1086
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv