2018/19 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün klublar bəlli olub.
Yenicag.az xəbər verir ki, son vəsiqənin sahibi bu gün keçirilən Azərbaycan Kubokunun final matçından sonra müəyyənləşib.
“Keşlə” “Qəbələ”yə 1:0 hesabıyla qalib gəlməklə həm kuboku, həm də Avropa Liqasına vəsiqəni təmin edib. Halbuki, “Keşlə” finalda qalib gəlməsəydi, Avroliqaya sonuncu vəsiqə Topaz Premyer Liqasını 4-cü pillədə başa vurmuş “Zirə”yə qismət olacaqdı.
Beləliklə, yeni mövsümdə Azərbaycanı Avropa Liqasında “Keşlə” ilə bərabər “Qəbələ” və “Neftçi” klubları təmsil edəcək. Azərbaycan çempionu “Qarabağ” isə UEFA Çempionlar Liqasında mübarizə aparacaq.