Avropaya iqtisadi artım nümunəsi: Asiyanın fond bazarları yüksəlişdədir

Qlobal fond bazarlarında İsrail-Fələstin münaqişəsinin dayandırılması üçün atılan diplomatik addımların gözləntiləri fonunda başlayan müsbət tendensiya Asiya birjalarına da müsbət təsir göstərir.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, Çinin mənzil sektorundakı vəziyyət mövcud riskləri müəyyən qədər azaltsa da, investorlar bu ölkənin iqtisadi artım və sənaye istehsalı tempini diqqət mərkəzində saxlayırlar.

Məlumata görə, Pekində keçirilən III Beynəlxalq “Bir kəmər – bir yol” Forumundan gələn xəbərlər də sərmayəçilərin maraq dairəsindədir.

Asiya fond bazarlarındakı vəziyyətə gəldikdə, bu gün Cənubi Koreyada “Kospi” indeksi 0,98 faiz artaraq 2460 bənd, Çində “Shanghai” kompozit indeksi isə 0,3 faiz artaraq 3080 bənd təşkil edib.

Yaponiyanın “Nikkei” indeksinin isə 1,2 faiz dəyər qazanması xəbərləri də maraq doğurub. Hindistanda “Sensex” indeksi 0,5 faiz artımla 66,470 bəndə çatıb.

Eyni zamanda, Honkonqa məxsus “Hang Seng” indeksinin də 0,6 faiz artaraq 17,740 bəndə yüksəldiyi bildirilir.

COP29