!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropaya tövsiyə olunan AZƏRBAYCAN QAZI: “TANAP və TAP çərçivəsində boru xətləri çəkilsə də...” - İqtisadçı

!Reklam – Yazi

“Azərbaycan ilk növbədə öz əhalisini təbii qazla tam təmin etməlidir, daha sonra digər ölkələri düşünməlidir”.

Bu fikirləri Avropa İttifaqı (Aİ) Komissiyasının üzv ölkələrə Azərbaycandan təbii qaz idxalını artırmaqla bağlı tövsiyəsinə münasibət bildirən bildirən sabiq millət vəkili Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.

Nazim Bəydəmirlinin sözlərinə görə, Azərbaycan Avropanın təbii qaz bazarında Rusiyanı əvəz edəcək gücdə deyil:

“Azərbaycan Avropa İttifaqı ölkələri arasında, əsasən, Yunanıstan və Bolqarıstana qaz satır. Rusiyadan qaz alan Avstriya, Almaniya, Fransa kimi ölkələrə Azərbaycandan qaz idxal edilmir.

Digər tərəfdən, Azərbaycanın ilk növbədə öz əhalisini təbii qazla tam təmin etməsi daha aktual məsələdir. Eyni zamanda, müvafiq müqavilələrlə Türkiyə və Gürcüstan qarşısında da müəyyən öhdəliklərimiz var.

TANAP və TAP layihələri çərçivəsində boru xətləri çəkilsə də, hələ ki onları doldurmaq imkanımız çox deyil. Yəni indiki şəraitdə təbii qaz bazarında Rusiyanı əvəzləyəcək potensialımız yoxdur.

Avropa ölkələri üçün psixoloji olaraq vacibdir ki, Azərbaycan təbii qaz təchizatını artırsın. Güman edirəm ki, Avropa İttifaqı ölkələrinin Rusiyadan qaz asılılığı ilin sonuna qədər aradan qalxacaq”.

Səxavət Məmməd

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv