!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avroviziya-2017″nin icraçı prodüseri “Xrustal mikrofon” mükafatı aldı

!Reklam – Yazi

“Avroviziya-2017” mahnı müsabiqəsinin icraçı prodüseri “Xrustal mikrofon” mükafatına layiq görülüb.

Yenicag.az xəbər verir ki, beləcə, müsabiqəni təşkil edən və onu yüksək səviyyədə keçirən Ukrayna komandasının işinə qiymət verilib.

“Avroviziya”nın nəzarət şurası və Avropa Yayım İttifaqı (EBU) Pave Qritsaka mükafatı təqdim edib. Bu yaxınlarda Berlin şəhərində “Avroviziya” müsabiqəsinin Kiyevdə keçirilməsi barədə son hesabatı bəyənilib.

Pave Qritsak həmçinin 2008-ci ildən Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsindəki iştirakçılarının hazırlanmasında iştirak edir.

Avropa Yayım İttifaqına hesabatda müsabiqənin təşkilati, maliyyə və yaradıcılıq işləri təqdim edilib. EBU tərəfindən qeyd edilib ki, Ukraynada müsabiqənin keçirilməsinə dair şübhələr var idi. Amma yayımçı-təşkilatçı Milli Teleradio şirkəti bu çətinliklərin öhdəsindən qısa müddətə uğurla gələrək 2017-ci ilin may ayında Kiyevdə gözəl “Avroviziya” şousu təşkil edib.

Maraqlıdır ki, Ukrayna komandası nəinki uğurlu müsabiqə təşkil edib, eyni zamanda 130 milyon qriven büdcəyə qənaət də edə bilib.

Hazırda bu məbləğin 2018-ci ildə Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunları və 2020-ci ildə Yaponiyada keçiriləcək Yay Olimpiya Oyunlarının yayım hüququ almaq üçün necə istifadə ediləcəyi məsələsi müzakirə edilir.

Qeyd edək ki, bundan əvvəl “Xrustal mikrofon” mükafatına Portuqaliyadan Salvador Sobral layiq görülüb.

 

www.yenicag.az

1623
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv