“Avroviziya-2019” Qüdsdə keçiriləcək – Netanyahu

2019-cu ildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi Qüdsdə təşkil olunacaq.

Yenicag.az xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu açıqlayıb.

Bu barədə o, “Twitter” hesabında yazıb. Baş nazir ötən gün “Avroviziya-2018”-in İsraildən olan qalibi Netta Barazilayı təbrik edib. Netanyahu növbəti mahnı müsabiqəsinin gələn il məhz Qüdsdə keçiriləcəyinə vəd verib:

“Netta, sən İsrailə böyük şöhrət gətirdin. Gələn il Qüdsdəyik!”

COP29