Bu il “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxs müəyyənləşib.
Yenicag.az xəbər verir ki, müsabiqədə ölkəmiz adından səsləri 2009-cu il “Avroviziya” təmsilçimiz Aysel Teymurzadə səsləndirəcək.
Xatırladaq ki, müsabiqənin yarımfinalları mayın 7 və 9-da, finalı mayın 11-də baş tutacaq.
Azərbaycanı yarışda təmsil edən Fahree və İlkin Dövlətov səhnəyə birinci yarımfinalda 12-ci çıxacaqlar.