“Avroviziya”nın qalibi narkotik testindən keçəcək

Avropa Yayım Birliyi “Avroviziya-2021” mahnı müsabiqəsinin qalibinin canlı yayımda narkotik istifadə etməsi ilə bağlı ittihamlara münasibət bildirib.

Yenicag.az “RİA Novosti”yə istinadla xəbər verir ki, “Måneskin” rok-qrupunun solisti, müğənni David Damiano İtaliyaya qayıtdıqdan sonra könüllü olaraq narkotik testindən keçəcək.

Testin nəticəsi Avropa Yayım Birliyi tərəfindən elan olunacağı bildirilib.

COP29