“Avroviziya”nın yarımfinalı keçirildi – Samira Əfəndi finala çıxdı – FOTO / VİDEO

Niderland Krallığının Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

Müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü çıxaraq “Mata Hari” mahnısını ifa edib. Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış ediblər.

Birinci yarımfinaldan finala Norveç, İsrail, Rusiya, Azərbaycan, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukrayna təmsilçiləri vəsiqə qazanıblar.

***

Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.

Yenicag.az xəbər verir ki, Azərbaycanı “Avroviziya”da təmsil edən Samirə Əfəndi səhnəyə 14-cü çıxaraq “Mata Hari” adlı mahnısını ifa edəcək.

Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edəcək.

Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.