Avropa İttifaqında (Aİ) iqtisadi artım fonunda inflyasiyanın azalması müşahidə olunur.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Aİ məkanında Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra inflyasiya göstəricisi ən aşağı həddə düşüb.
Məlumata görə, bu barədə Avropa Statistika İdarəsinin hesabatında qeyd olunub.
2023-cü ilin aprel-iyun aylarını əhatə edən hesabata əsasən, bu müddət ərzində Aİ-də iqtisadi artım 0,3 faiz təşkil edib.
Eyni zamanda, qeydə alınan iqtisadi artım fonunda avrozonaya daxil olan 20 ölkədə iyulda inflyasiya may ayı ilə müqayisədə 1 bənd azalaraq 5,3 faizə düşüb. Bu isə o deməkdir ki, avrozonada inflyasiya 2022-ci ildən bu yana ən aşağı rəqəmlə ifadə olunub.
Mütəxəssislər Aİ məkanında inflyasiyanın azalmasını enerji daşıyıcılarının 6,1 faiz ucuzlaşması ilə əlaqələndirirlər.