Avstraliya İŞİD-i vurdu

avustralya-da-isid-i-vurdu-6067659ABŞ başda olmaqla İŞİD-ə qarşı həyata keçirilən koalision hava hücumlarına  Avstraliya da qoşulub.

Yenicag.az xəbər verir ki, Avstraliyaya məxsus hərbi təyyarələr Suriyada İŞİD-ə ilk hava zərbəsini endirib. Sözügedən ölkənin müdafiə naziri Kevin Andres, əməliyyatların iki gün öncə həyata keçirildiyini qeyd edib.

Nazir İŞİD-ə məxsus hərbi konvoyun vurulduğunu bildirib və daha ətraflı parlamentdə məlumat verəcəyini bildirdi.