Qərbi Avtsraliya ştatında yeraltı təkan baş verib.
Yenicag.az xəbər verir ki, ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzinin yaydığı məlumata görə, zəlzələ 6 bal gücündə qeydə alınıb.
Zəlzələnin episentri Karnarvon şəhərindən 195 km şimal-qərbdə, ocağı isə 2 km dərinlikdə yerləşib.
Təbii fəlakət zamanı ölən və yaralananlar barədə məlumat verilməyib.
Qeyd edək ki, zəlzələnin ardınca sunami olacağına dair məlumat verilməyib.