Avstraliyada 6 bal gücündə zəlzələ

Avstraliyaya bağlı Norfolk adasında yeraltı təkan baş verib.

Yenicag.az xəbər verir ki, ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzinin yaydığı məlumata görə, zəlzələ 6 bal gücündə qeydə alınıb.

Təbii fəlakət zamanı ölən və yaralananın olmadığı bildirilir.

Qeyd edək ki, zəlzələnin ardınca sunami olacağına dair xəbərdarlıq da verilməyib.

COP29