Avstraliyada helikopter qəzası – 6 nəfər itkin düşdü

Avstraliyanın Yeni Cənubi Uels ştatındakı Nyukasl şəhəri yaxınlığında özəl helikopter qəzaya uğrayıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün axşam fırtınalı havada uçan “Bell UH1” tipli helikopterin radardan itməsindən sonra həyata keçirilən axtarış tədbirləri nəticəsində səhər saatlarında helikopterin arxa rotoru, daha sonra gövdəsi tapılıb.

Helikopterin dənizə düşdüyü ehtimal edilir.

Qəza nəticəsində helikopterdə olan 5 nəfər, o cümlədən bir qadının axtarışları davam edir.