!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avstraliyada rüsvayçı səhv: 5 hökumətin məxfi sənədləri mebellə birlikdə satıldı

!Reklam – Yazi

Avstraliya hökumətinin yüzlərlə gizli sənədi qorunduğu mebellə birlikdə satışa çıxarılıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, sənədlər “ikinci əl” satış həyata keçirən mağazada müştərilərə təqdim olunub.

Məlumata görə Kanberrdə bir nəfər iki ədəd ağır dolab alıb. Lakin qapıların açarı olmayıb. Bu səbəbdən mebel 2 ay bağlı qalıb. Sonda kilidi açmaq mümkün olub və oradan Avstraliya hökumətinin çox sayda gizli sənədi tapılıb. Təxminən 10 illik müddəti əhatə edən sənədlər daha əvvəlki 5 hökumətin işini əks etdirir. Sənədlərin demək olar ki, hamısında “məxfi” qrifi, bir qismində “tam məxfi”, bəzilərində isə “yalnız Avstraliya vətəndaşları üçün” qrifi olub. Buna baxmayaraq, mebeli istənilən milliyyətdən olan insanlar əldə edə bilib.

Bu, Avstraliya tarixində “məxfilik rejiminin ən böyük masştablı pozuntu hallarından biri”dir. Tapılan qovluqlarda digər təhlükəsizlik pozuntuları da detallarına kimi əks olunub. Məsələn, məlum olub ki, Avstraliya polisi 2008-2013-cü illərdə Milli Təhlükəsizlik Komitəsinə məxsus təxminən 400 sənədi itirib.

Tapıntı həmçinin onu üzə çıxardıb ki, 2013-cü ildə Avstraliya Leyborist Partiyasının seçkilərdə məğlub olmasından sonra nazir Penni Vonqun ofisində 200-ə yaxın sənəd unudulub.

Avstraliya hökuməti məsələ ilə bağlı araşdırmalara başlayıb.

www.yenicag.az

1885
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv