Avstraliyanın mərcan adaları yox olmaq təhlükəsi ilə üz-üzədir

Avstraliyanın Sidney Universitetində aparılan araşdırmalar nəticəsində ölkədəki mərcan adalarının yox olmaq təhlükəsi ilə üzləşdiyi məlum olub.

Yenicag.az xəbər verir ki, bu barədə “BBC News” telekanalı bildirib.

Məlumata əsasən, ölkənin ən əhəmiyyətli 56 mərcan adasında aparılan araşdırmalarda bunların hamısının iqlim dəyişikliyi səbəbindən yox olmaq təhlükəsi ilə üzləşdiyi müəyyən edilib.

Tədqiqatçıların bildirdiyinə görə, bu, Avstraliyanın dəniz sərhədini dəyişdirə bilər.