Avstriya Ukraynada humanitar minatəmizləmə üçün iki milyon avro ayırmaq qərarına gəlib.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk “Facebook” səhifəsində məlumat yayıb.
“Avstriya Milli Şurasının prezidenti Volfqanq Sobotkanın başçılıq etdiyi Avstriya nümayəndə heyətini Kiyevdə salamlamağa şadam”, – o, yazıb.
Stefançuk həmkarına Avstriyanın Ukrayna xalqına dəstəyi və həmrəyliyi ilə bağlı mövqenin formalaşmasında şəxsi töhfəsinə və səylərinə görə təşəkkür edib. Görüş zamanı bir sıra mühüm məsələlər, xüsusən də Ukraynanın Avropaya inteqrasiya yolu müzakirə olunub.