Avstriya kansleri istefa verdi

Avstriya Baş naziri Sebastian Kurts vəzifəsindən istefa verib.

Yenicag.az xəbər verir ki, baş nazir korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunduğu üçün istefa verdiyini açıqlayıb.

Mətbuat konfransında baş nazir vəzifəsini xarici işlər naziri Aleksandr Şellenberqin əvəz etməsini təklif edib.