Avstriyada yağan güclü qar 3 xizəkçinin həyatına son qoyub.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində daha 4 nəfər itkin düşüb.
Məlumata görə yağan qar uçquna səbəb olub. Ölənlər qar uçqunun altında qalan 2 Almaniya və 1 Sloveniya vətəndaşlarıdır.
Qeyd edək ki, Avstriyada qarlı hava şəraiti ötən həftədən davam edir. Ölkənin mərkəzi və şimal rayonlarında qarın hündürlüyü 1,5 metrə çatıb.
Qarlı hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır.