Reklam: High Technic
hightechnic

Avstriyada qar uçqunu baş verib: ölənlər var

Bu gün Avstriyanın Alp dağlarında baş vermiş qar uçqunu nəticəsində 3 nəfər ölüb.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, Vildqerlostal vadisində iki çexiyalı turist qar uçqununun altında qalaraq ölüb, daha iki nəfər uçqunun altından çıxa bilib.

Pfayfrlköpfel yaşayış məntəqəsində isə qar uçqunu bir dağ xizəkçisinin həyatına son qoyub.

Hazırda hadisə yerində xilasedicilərin işlədiyi bildirilir.

Yeniçağ.Az

www.yenicag.az

69