Avstriyanın baş naziri Sebastian Kurz müsəlmanların narazılığına səbəb olan qərarla diqqət çəkib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir ölkədə fəaliyyət göstərən 7 məscidin bağlanacağını və bu məscidlərdə çalışan imamların ölkədən deportasiya olunacağını açıqlayıb.
Məlumata görə, biri türklərə, 6-sı ərəblərə aid olan məscidlərdə ümumilikdə 40 imam çalışır ki, onların hamısı Avstriyadan qovulacaq.
Qərar barədə məlumat verən Sebastian Kurz ölkəsində paralel cəmiyyətlərə, siyasi İslama və radikallaşmaya yer olmadığını deyib.