Avstraliyanın şərq sahilində avtobus qəzası nəticəsində 10 nəfər ölüb, 11 nəfər ağır yaralanıb.
Yenicag.az-ın məlumatına görə, bu barədə Yeni Cənubi Uels ştatının polisi məlumat yayıb.
Agentliyin məlumatına görə, qəza bazar ertəsi gecə, Sidneyə gedən ekspress yolunda, Qreta şəhərinin çıxışında (Sidneydən 170 km şimalda yerləşir) baş verib.
Polis hələlik qəzanın səbəbləri ilə bağlı heç bir məlumat verməyib, sadəcə qeyd edib ki, qəza nəticəsində avtobus çevrilərək yol kənarına uçub. Xilasetmə xidmətinin altı helikopterinin yaralı sərnişinləri təxliyə etmək üçün Sidneydən gəldiyi, yaralıları metropolisdəki xəstəxanalara çatdırdığı da bildirilir.