Avtobus aşdı – 10 ölü, 7 yaralı

Türkiyənin Bitlis vilayətində avtobus aşıb.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində 10 nəfər ölüb, 7 nəfər yaralanıb.

Ölənlərin hamısının Türkiyə vətəndaşı olduğu bildirilib.

Hadisə yerinə təcili yardım və xilasetmə əməkdaşları cəlb edilib. Yaralılar Kizan Dövlət xəstəxanasına yerləşdirilib.