Türkiyənin Antalya vilayətində avtobus aşıb.
Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 17 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan 5 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd olunur ki, avtobus hotel işçilərini aparırmış. Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.