Türkiyənin Muğla vilayətində turistləri aparan avtobus aşıb.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində 33 sərnişindən 26-sı xəsarət alıb.
Hadisə yerinə təcili yardım maşınları və polis heyəti cəlb edilib. Yaralılar şəhər xəstəxanasına yerləşdirilib.
Təfərrüatlar barədə məlumat verilmir.
Qeyd edək ki, hadisə nəticəsində yaralanan sərnişinlərin vətəndaşlığı hələ açıqlanmayıb.