Avtobus avtosisternlə toqquşdu – 7 ölü, 11 yaralı

Hindistanda sərnişin avtobusu avtosisternlə toqquşub.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində azı 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Qəzanın başvermə səbəbi araşdırılır.