Avtobus dayanacağa girdi – Ölənlər və yaralananlar var – VİDEO

Türkiyənin paytaxtı Ankara şəhərində sərnişin avtobusu dayanacağa girib.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb və yaralananlar var. Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib.

Yaralılardan 3-nün təcili yardım maşını ilə, daha 3 nəfərin isə təcili yardım əməkdaşları gəlmədən öncə şəxsi maşınlarla xəstəxanalara apaıldığı bildirilib.

İlkin ehtimala görə, qəzaya səbəb sərnişin avtobusunun idarəetməni itirməsi olub.

Hadisə bağlı araşdırma aparılır.