Nyu-Yorkda partlayış – VİDEO

Nyu-Yorkun Manhattan bölgəsində partlayış baş verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar olaraq Nyu-York şəhər polisi məlumat yayıb. Polis partlayışın hansı səbəbdən qaynaqlandığının hələlik məlum olmadığını bildirib.

Qeyd edək ki, partlayışın baş verdiyi dayanacağa qonşu olan stansiyalardan insanlar təxliyyə olunub.