!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtobus dayanacaqları köçürülür

!Reklam – Yazi

trfiGələn il Bakıda keçirilən I Avropa Oyunları ilə əlaqədar paytaxtda nəqliyyatın sıxlığının aradan qaldırılması üçün bir sıra tədbirlər həyata keçiriləcək. Bununla bağlı Nəqliyyat Nazirliyində Tədbirlər Planı hazırlanır.

Bunu  Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib.

Ə. Cəfərov qeyd edib ki, Olimpiya stadionuna gedən avtomobil yolunda marşrutların maneəsiz hərəkətinin təşkili məqsədilə müəyyən variantlar üzərində iş gedir. Belə ki, nəqliyyatın hərəkətinin asanlaşdırılması üçün Nizami rayonu Koroğlu metro stansiyası ərazisində yerləşən avtobus dayanacaqlarının Bakıxanov qəsəbəsi, Qara Qarayev metro stansiyası ətrafına köçürülməsi ehtimal edilən versiyalardan biridir.

Onun sözlərinə görə, hazırda müxtəlif sahələr üzrə Bakı şəhər İcra Hakimiyyətinin rəhbərlik etdiyi komissiyalar çalışırlar.

“I Avropa Oyunlarında avtobusların dislokasiya nöqtələrinin hansı ərazidə yerləşəcəyi barədə müzakirə edilir. Qeyd edilən ərazidə nəqliyyatın hərəkəti mütləq məhdudlaşdırılacaq. Bütün bunlar günün tələbatından asılı olacaq. Lakin bu gün bunu demək çətindir”, – deyə Ə. Cəfərov qeyd edib.

www.yenicag.az

580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv