Avtobus dərəyə aşdı, 12 nəfər öldü

Perunun ucqar bölgəsində avtobusun dərəyə aşması nəticəsində ən azı 12 nəfər ölüb, 15-dən çox adam yaralanıb.

Yenicag.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Fitzkarrald əyalətinin meri Karlos Oyola RPP radiosuna bildirib.

“12 ölü və 15-dən çox yaralı var. Biz polis və səhiyyə işçiləri ilə birgə hələ də hadisə yerində işləyirik”, – o deyib.

Qəza iyulun 18-də axşam saatlarında baş verib.

Yauyadan paytaxt Limaya gedən avtobus Ankaş bölgəsində 100 metrlik uçuruma yuvarlanıb.