Avtobus dərəyə aşdı – 7 ölü, 15 yaralı

Peruda Kusko şəhəri yaxınlığında avtobus qəzaya uğrayıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, avtobus digər nəqliyyat vasitəsi ilə toqquşub və 200 metrlik dərəyə yuvarlanıb.

Hadisə nəticəsində 7 nəfər həlak olub, 15 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var.

Qəzanın səbəbləri araşdırılır.