Avtobus dərəyə aşdı – 7 uşaq öldü

Hindistanın Tehri Qarhval mahalında uşaqları aparan avtobus dərəyə aşıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində azı 7 uşağın ölüb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Ümumilikdə, qəza anında avtobusda 18 uşağın olduğu qeyd olunur.

Qəzanın hansı səbəbdən baş verməsi araşdırılır.