Peruda sərnişin avtobusu qəzaya uğrayıb.
Yenicag.az xəbər verir ki, ölkənin Uanuko regionunda qeydə alınan qəza zamanı avtobus 150 metr hündürlükdən dərəyə aşıb.
Qəza nəticəsində azı 9 nəfər həlak olub, 47 nəfər isə xəsarət alıb.
İlkin məlumata görə, qəzaya avtobusda texniki nasazlığın olması səbəb olub. Ölənlərdən biri də avtobusun sürücüsüdür.