Avtobus dərəyə aşdı – Ölənlər var

Boliviyanın paytaxtı La-Pas şəhərindən Karanavi şəhərinə gedən sərnişin avtobusu qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, avtobus dağlıq ərazidə, təqribən, 100 metrlik hündürlükdən dərəyə aşıb.

Hadisə nəticəsində 11 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb. Qəzanın baş vermə səbəbləri araşdırılır.