!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtobus gecikmələri və yollarda qalan sərnişinlər - Bu problemin səbəbkarı kimdir? - Ekspert çıxış yolunu İZAH ETDİ

!Reklam – Yazi

“Avtobusların gecikməsində marşrut xətləri üzrə ictimai nəqliyyat çatışmazlığı əsas rol oynaya bilər”.

Bu sözləri müəyyən müddətdir ki, paytaxtın bir sıra küçə və prospektlərində müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda baş verən ləngimələrə münasibət bildirən nəqliyyat eksperti Eldəniz Cəfərov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, avtobus gecikmələrinin qarşısını almaq üçün marşrutların sayının artırılmasına ehtiyac var:

“Yay mövsümündən dolayı məktəb və universitetlərin bağlı olmasına baxmayaraq, yenə də yollarda sıxlığın müşahidə olunması və avtobuslararası intervalların ləngiməsi müəyyən çətinliklər yaradır. Avtobusların gecikməsində marşrut xətləri üzrə ictimai nəqliyyat çatışmazlığı əsas rol oynaya bilər. Məlumdur ki, bu gün Bakı şəhərində ictimai nəqliyyatda avtobuslar “BakuBus”ın və bir neçə özəl şirkətlərindir. Marşrutları və intervalları da hər şirkət özü müəyyənləşdirir. Lakin bütün bu məsələlərin hamısına Bakı Nəqliyyat Agentliyi nəzarət edir. Bakı Nəqliyyat Agentliyinin marşrutları təşkil edən şirkətlərdən intervalı düzgün tənzimləməyi tələb etməyə tam haqqı var. Bakıda bu problem çoxdan var. Burada həm dispeçerin, həm də sürücünün məsuliyyətsizliyi rol oynayır.

Bəzi sürücülər tıxacda qalmamaq üçün pik saatlara qədər tez sürüb getmək istəyir. Bir də görürsünüz ki, ondan sonra gələn avtobusun gəlməyi 30-45 dəqiqə çəkir. Sərnişinlər də saatlarla dayanacaqda gözləməyə məcbur qalır”.

Gülşən Şərif

www.yenicag.az

399
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv