Avtobus gözləyən model dayanacaqda güllələndi

Kosta-Rikanın paytaxtında 29 yaşlı model və iki uşaq anası Yuliana Kastillo Sançes gündüz saatlarında silahlı hücum nəticəsində öldürülüb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Kastillo Sançes avtobus dayanacağında gözləyərkən baş verib. Motosikletli iki gənc qadınla qısa mübahisədən sonra atəş açıb. Başından güllə yarası alan Kastillo Sançes hadisə yerində ölüb.

O, avtobusa minmək istəyərkən motosikletli iki kişi ilə qarşılaşıb. Aralarında yaranan mübahisə nəticəsində şübhəlilərdən biri atəş açıb və sonra sürətlə hadisə yerindən qaçıblar.

Səlahiyyətlilərin sözlərinə görə, modelin əşyaları oğurlanmadığı üçün hücumun məqsədli şəkildə törədilmədiyi düşünülür.

Təxminən 15.000 izləyicisi olan “İnstaqram” fenomeni Kastillo Sançesin 8 və 4 yaşlı iki övladı var.

Polis hadisə ilə bağlı araşdırmalarını davam etdirir. Şübhəlilərin şəxsiyyəti və hücumun dəqiq səbəbi hələlik müəyyən edilməyib.

İsmayıl Bakuvi

COP29