!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtobus hasara çırpıldı: yaralananlar var – Bakıda

!Reklam – Yazi

Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alanlar var.

“Report”un xəbərinə görə, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Təbriz Hüseynov idarə etdiyi 20 saylı “Daewoo” markalı avtobusla idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb.

Nəticədə avtobusda olan sərnişinlər – 1994-cü il təvəllüdlü Qənirə Məmmədzadə, 1991-ci il təvəllüdlü Aişə Rəsulova və 1951-ci il təvəllüdlü Xuraman Cabbarova xəsarət alaraq təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları araşdırma aparılır.

 

Yenicag.az

www.yenicag.az

735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv