Bakıda 19 yaşlı qız itkin düşüb.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, Suraxanı rayon Günəşli qəsəbəsinin sakini, 1999-cu ildə anadan olmuş Əzizova Nərgiz Famil qızı bu gün saat 14.00-da “Neftçilər” metrostansiyasının yaxınlığında yaşayan qohumunun evindən çıxıb. O, 64 saylı sərnişin avtobusuna minməli imiş.
Lakin avtobusun hərəkət istiqaməti dəyişdiyindən N.Əzizova evə getməyib və itkin düşüb.
N.Əzizovanın qohumu Məzahir Əzizli bildirib ki, ailə üzvləri bununla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə müraciət ediblər.
N.Əzizovanı görənlərdən və ya onun barəsində məlumatı olanlardan 051-920-33-55 telefon nömrəsinə zəng etmələri xahiş olunur.