Avtobus “Hyundai” ilə toqquşdu

Gəncədə sərnişin avtobusu avtomobillə toqquşub.

Yenicag.az ARB Kəpəz-ə istinadən xəbər verir ki, Gəncədə yol qəzası baş verib. Hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Adı çəkilən küçə ilə hərəkət edən 6 saylı sərnişin mikroavtobusu yolun əks istiqaməti ilə gələn “Hyundai” markalı avtomobillə toqquşub.

Qəza zamanı minik maşınının sürücüsü Vüqar Bayramov yüngül xəsarət alıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Həkimlər sürücünün vəziyyətini normal qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır.

Yenicag.az