Pakistanın Pəncab əyalətində sərnişin avtobusu körpüdən aşıb.
Yenicag.az xəbər verir ki, avtobus 45 metr hündürlükdən dərəyə düşüb. Qəza azı 24 nəfərin həyatına son qoyub. 50-dən çox adamın isə yaralı olduğu bildirilir. Həkimlər ölənlərin sayının artacağını istisna etmir.
Bütövlükdə isə, qəza zamanı avtobusda 80-ə yaxın sərnişin olub.