Avtobus qar uçqununun altında qaldı – FOTOLAR

Türkiyənin Van vilayətində avtobus qar uçqununa düşüb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, içində 10-15 nəfərin olduğu avtobus qar uçqununun altında qalıb. Onların xilas edilməsi üçün əraziyə 50-dən çox insan cəlb edilib ki, onlardan bir çoxu yerli sakinlərdir.

Qeyd edək ki, indiyə qədər sərnişinlərdən 5-i xilas edilərək xəstəxanaya yerləşdirilib.