Avtobus qəzası – 16 ölü, 25 yaralı

Hindistanın şimalında avtobusun dərəyə aşması nəticəsində azı 16 nəfər həyatını itirib, 25 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident Himaçal-Pradeş ştatının rayonlarından birində baş verib.

Qəza nəticəsində yaralanan insanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin təfərrüatları və qəzanın baş vermə səbəbləri hələ ki, məlum deyil.