Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Avtobus qəzasında xəsarət alan şagirdin vəziyyəti ağırdır" - XƏSTƏXANADAN AÇIQLAMA

Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şagird huşsuz vəziyyətdədir.

1 saylı Şəhər Klinik Xəstəxanasından Yenicag.az-a bildirilib ki, reanimasiyaya yerləşdirilən Əsgərov Mehmanın vəziyyəti ağırdır.O, ağır kəllə-beyin travması alıb”.

Qeyd edək ki, bu gün səhər saatlarında Qobu qəsəbəsində qəzaya uğrayan avtobusda 10 şagird və bir neçə valideyn olub. Onlardan 2004-cü il təvəllüdlü Əsgərov Mehman Cəbrayıl oğlu, 1989-cu il təvəllüdlü Məmmədova Nümunə Əlikram qızı və 1952-ci il təvəllüdlü Əkbərova Zöhrə Niftalı qızı ciddi xəsarət aldığı üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Cəvahir

 

www.yenicag.az

3332
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100