!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtobus qəzasında yaralananların SİYAHISI

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, bu gün Bakıda, Zığ şosesində 175 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində azı 15 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşınları ilə 3 saylı şəhər Xəstəxanasına yerləşdiriliblər.

Yenicag.az-ın hazırda 3 saylı şəhər Xəstəxanasında olan əməkdaşının əldə etdiyi məlumata görə, xəsarət alanlardan 10 nəfər artıq evə buraxılıb. Hazırda xəstəxanada həkim nəzarəti altında olanlar aşağıda adları qeyd olunanlardır:

Qurbanova Mətanət Əzim qızı – 1960
Həsənov Taleh Fuad oğlu – 1988
Hüseynli Müşviq Hicran oğlu – 1998
Nəbiyeva Səliqə Əkbər qızı – 1959
Namazov Sədi Qəhrəman oğlu – 1938

İrina Levyadevna isə hazırda müayinə olunur. Müayinənin nəticələrindən asılı olaraq, onun xəstəxana qalıb-qalmayacağına aydınlıq gələcək.

Həkimlərin sözlərinə görə, xəstəxanada saxlanılanlar arasında da vəziyyəti ağır olanlar yoxdur.

Emin Səfərov

www.yenicag.az

5261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv