“BakuBus” MMC-nin sürücüsü 84 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçıb.
Yenicag.az xəbər verir ki, hadisə ötən gün Yasamal rayonunda baş verib.
1992-ci il təvəllüdlü Məmişov Valeh Musa oğlu idarə etdiyi “BakuBus” MMC-yə məxsus “BMC” markalı marşrut avtobusu ilə hərəkətdə olarkən piyada yolu keçmək istəyən 1938-ci il təvəllüdlü Dadayev Qesabulla İsgəndər oğlunu vuraraq hadisə yerindən uzaqlaşıb. Nəticədə Q.Dadayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Fakta bağlı Yasamal Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.