Avtobus uçuruma düşdü: 32 ölü

Hindistanda sərnişin avtobusu qəzaya uğrayıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Maxaraştr ştatında baş verib.

Avtobus 150 metr hündürlükdən uçuruma düşüb. Nəticədə avtobusda olan 33 nəfərdən 32-si ölüb, 1-i ağır xəsarət alıb. Hadisə baş verən zaman hava yağışlı və dumanlı olub.

Avtobusun sərnişinləri istirahətə gedən yerli universitetin əməkdaşları olub.