Avtobus uçuruma yuvarlandı: 5 ölü

turkey_bus_crash_291216Türkiyədə ağır yol qəzası baş verib.

Yeniçağ.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Sinop vilayətinin Saraydüzü rayonunda sürücünün idarəetməni itirməsi nəticəsində sərnişin avtobusu yoldan çıxaraq uçuruma yuvarlanıb.

Hadisə nəticəsində 5 nəfər ölüb, xeyli sayda yaralı var.

Qəzaya səbəb kimi yolun buz bağlaması göstərilir.

Yeniçağ.Az