Avtobus uçuruma yuvarlandı: çox sayda ölən var

Peruda avtobus 100 metr hündürlükdən uçuruma yuvarlanıb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, qəza ölkənin cənubundakı Ayyakuço bölgəsində baş verib.

Hadisə nəticəsində 11 nəfərin öldüyü, 50 nəfərin isə yaralandığı bildirilir.